Bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada 77 aviareys təxirə salınıb, 5 aviareys ləğv edilib.
Unikal.org xəbər verir ki, yerli vaxtla saat 11.25-ə olan məlumata görə, Domodedovo aeroportunda 66 reys təxirə salınıb, 1 reys ləğv edilib.
Şeremetevo aeroportunda isə 11 reys təxirə salınıb, 4 reys ləğv edilib.
Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar dünən 450 aviareys təxirə salınıb, 40 aviareys ləğv edilib.
Qeyd edək ki, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada leysan yağışlarla bağlı xəbərdarlığın müddətini uzadıb, sarı təhlükə səviyyəsi elan edib. Küləyin sürəti saniyədə 12-17 metrə çatacaq.