PKK terrorçuları Türkiyənin Van vilayətinin Özalp rayonunun bələdiyyə sədrinin müavini, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Aydın Ahini qətlə yetirib.

Unikal.org bildirir ki, bələdiyyə sədrinin vəzifələrini icra edən A.Ahi ötən gecə yaşadığı evdən terrorçular tərəfindən oğurlandıqdan sonra öldürülüb.

Hadisə ilə əlaqədar bölgədə genişmiqyaslı əməliyyat həyata keçirilir.