Şənbə günü Avropada yeni temperatur rekordu qeydə alınıb.

Unikal.org report.az-a istinadən bildirir ki, Yunanıstanın Krit adasında yerləşən Mires rayonunda havanın temperaturu +45,9 Selsi dərəcəyə çatıb.

Yunanıstanda bir həftədən artıqdır ki, havalar isti keçir, lakin cümə axşamından etibarən temperatur +40 dərəcədən aşağı düşmür.