Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni "Qətər böhranı"nın həlli üçün dialoqa hazır olduqlarını bildirib.
Unikal.org "qafqazinfo"-ya istinadən xəbər verir ki, Əl-Təni bunun üçün uyğun şərtlərin olmasının vacibliyini qeyd edib:
"Körfəz ölkələrinin hazırladığı 13 maddəlik tələb siyahısının terrorizmlə əlaqəsin yoxdur. Həmin maddələr Qətərin suverenliyini məhdudlaşdırıdığı üçün onları rədd etmişik. Əgər uyğun şərtlər olarsa dialoqa girə bilərik", - deyə nazir söyləyib.
Xatırladaq ki, 13 maddəlik siyahıda Qətərin İsraillə əlaqəsini kəsməsi, "Əl-Cəzirə" kanalının bağlanılması, Türkiyənin Qətərdəki hərbi bazasının bağladılması və s. şərtlər qoyulmuşdu.
Səudiyyə Ərəbistanı başda olmaqla Qətərlə diplomatik əlaqələrini kəsən 9 ölkə tələblərin qəbulu üçün 3 iyula qədər vaxt verib.