Türkiyənin dəstəklədiyi Müxalif Azad
Suriya Ordusu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-nin
nəzarətindəki Afrinə hücuma hazırlaşır.
Unikal.org-un verdiyi məlumata görə, ilk hədəf Tel Rifat şəhəri və Minnak hərbi hava bazasıdır.
Hücum əməliyyatına başlanılması ilə bağlı hazırlıqlar başa çatıb. Müxalif Azad Suriya Ordusu "Fərat qalxanı əməliyyatında olduğu kimi yeni əməliyyat da Türkiyə ordusunun dəstəyi ilə həyata keçirəcək.
Sultan Murad taborunun komandiri Fehim İsa bildirib ki, Afrin əməliyyatı Əl-Bab şəhərinin mühasirəyə alınması əməliyyatından daha asan keçəcək. Çünki Müxalif Azad Suriya Ordusu "Fərat qalxanı çərçivəsində Əl-Bab əməliyyatına 5 min döyüşçü cəlb etmişdisə, artıq müxalif döyüşçülərin sayı 20 min nəfərə çatıb. F. İsa deyib ki, PYD/YPG terror təşkilatı Suriyanın ərazi bütövlüyünü təhdid edir və terrorçular bu torpaqlardan təmizlənəcək.