Meksikanın San Pedro Huamelula bölgəsinin bələdiyyə sədri Viktor Aqulyer timsahla evlənib.

Unikal.org  xəbər verir ki, sədr bu addımı balıqçılara uğur gətirməsi üçün atıb. "Gəlin böyük mərasim zalında təşkil edilən toya ağzı bağlı gətirilib. Dişi timsah balasına gəlinlik geyindirilib.

Dişi timsahla evlənən bələdiyyə sədri öz çıxışında "Bu dəniz sezonu üçün yaxşı məhsul tələb edirik açıqlamasını verib.

Bölgədə qədimdən sınanılmış ənənəyə görə, hər il bələdiyyə sədrinin timsahla ailə qurması tələb edilir.