Rusiya və Amerika prezidentlərinin görüşünün əsas müzakirə mövzusu Suriyadakı vəziyyət olacaq.

Unikalk.org xəbər verir ki, bu barədə CNN informasiya yayıb.

Amerika Prezidenti Donald Tramp rusiyalı həmkarı ilə görüşdə Rusiyanın Bəşər Əsədə dəstəyi və Ukrayna məsələlərini müzakirə edəcək. Məlumatda Rusiyanın Amerikada keçirilmiş prezident seçkilərinə müdaxiləsi ilə bağlı müzakirələrin olmayacağı bildirilib.

Qeyd edək ki, 7-8 iyul tarixlərində Hamburqda baş tutacaq G20 sammiti çərçivəsində Amerika Prezidenti Donald Trampın Rusiya lideri Putinlə görüşəcəyi gözlənilir.