Əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahan Heydər Əliyev Fondunun bu gün doğum gününü qeyd edən vitse-prezidenti Leyla Əliyevaya şeir həsr edib.

Unikal.org xəbər verir ki, əməkdar artist Moderator.az-a açıqlamasında şeirlə bağlı bunları deyib: "Mən Leyla xanımın yaradıcılığı ilə 2013-14-cü illərdən tanış olmuşam. Onun şeirlərini oxuyanda necə insanpərvər olduğuna, təbiətə, canlılara qarşı məhəbbətinə, dərin düşüncələrinə heyran oldum. Anadan doğulandan heç zaman acı gün yaşamayan bir qızın bütün insanların həyatını, həyatın çətinliklərini, dərinliklərini dərk etməsi, əlbəttə ki, dahilikdən xəbər verirdi. Hətta bu yaxınlarda Leyla Əliyevanın "Kor olmuşam" şeirinə musiqi bəstələyəndə göz yaşlarıma hakim ola bilmədim, şeir məni ağlatdı. Bir daha onun şairliyinə, rəssamlığına, insanpərvərliyinə, sadəliyinə, səmimiliyinə, zəhmətkeş, məsuliyyətli olmasına heyran qaldım. Ona görə istədim ki, qəlbimdən gələn sözləri bu gün Leyla xanım Əliyevanın doğum günündə paylaşım".

Dahi Leylam

Dahi Leylam
Bu dünyadan hali Leylam
İnsanlara yaxın Leylam
İncə, zərif olması ilə
Cəngavərlər sırasında
Taxtı Leylam
Leylasını
Zülfü ənbər arzusunu
Mehribanlı sevdasını
Çünki vardır qəlbində
Heydər baba dühası,
Ruhu təmiz, qələmi səlist
İlhamlıdır həvəsi
Tarixlərə həkk oldu sənəti
Arif olan kəslər
Dərk etsinlər
Mənim dahi Leylamı.
Mənim dahi Leylamı.

Xatırladaq ki, bəstəkar-ifaçı bir müddət öncə Leyla Əliyevanın sözlərinə "İnsanlar" adlı kompazisiya yazmışdı. Həmin kompazisiyanı da təqdim edirik: