Yunanıstanın sahil mühafizəsi Türkiyə bayrağı altında üzən gəmiyə açılan atəşə aydınlıq gətirib.

Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sahil mühafizəsi narkotik vasitələrin daşınmasında şübhəli gəmini dayandırmaq üçün xəbərdarlıq atəşi açmağa məcbur olub.

Daha əvvəl Türkiyə mətbuatı, Egey dənizində Türkiyə bayrağı altında üzən gəmiyə Yunanıstan sahil mühafizə katerləri tərəfindən atəşə məruz qaldığı haqda məlumat vermişdir.