Ötən gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 3 nəfəri yaralanıb.
Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ermənistanın aktiv səhifələrindən biri məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Xankəndi hospitalına 5 ölü, 3 yaralı hərbi qulluqçu aparılıb. Hazırda ölən və yaralıların adları dəqiqləşdirilir.
"Ermənistan Müdafiə Nazirliyi komandanlığı bu rejimlə bərabər xalqdan həqiqəti nə məqsədlə gizlədir? Cəbhədə davam edən gərginlikdən sonra həmişə olduğu kimi ordunun itki vermədiyi haqqında məlumat verildi. Aprel döyüşlərində də belə edirdilər. Ordu komandanlığı dəyişdi, amma itkilərin sayında heç nə dəyişmədi", - məlumatda bildirilir.