Vaşinqton Şimali Koreya ilə ticarət əlaqələri olan bütün dövlətlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli söyləyib.

"Şimali Koreyaya qarşı sanksiyaların keçərli olmasında əsas rol Çinin üzərinə düşəcək. Pxenyanın ticarətinin 90%-i məhz Çinlədir, - deyə o bildirib.