Gürcüstanın energetika naziri Kaxa Kaladze istefa verib.
Unikal.org Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, Tbilisi meri vəzifəsinə yerli seçkilərdə mübarizə aparmaq niyyətindədir.
K.Kaladze bu gün 5 il ərzindəki fəaliyyəti barədə hesabat təqdim edib və istefası ilə bağlı müvafiq bəyanat verib.
K.Kaladze 2012-ci il oktybarın 25-dən etibarən energetika naziri vəzifəsində çalışıb.