Meksikanın kurort şəhəri Akapulkodakı həbsxanada məhbuslar arasında baş vermiş toqquşma zamanı azı 5 nəfər həlak olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Herrero ştatının təhlükəsizliyin əlaqələndirilməsi qrupunun nümayəndəsi Roberto Alvares Erediya məlumat yayıb.

İlkin məlumatlara görə, öldürülənlərin başları kəsilib. Münaqişənin səbəbləri hələlik məlum deyil.
Hazırda həbsxanada vəziyyət yenidən təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Hadisə yerində qətlin təfərrüatlarını müəyyən edən ekspertlər işləyir.