Rusiyanın ABŞ-da 150 kəşfiyyatçısı var.

Unikal.org xəbər verir ki, bu barədə informasiyanı CNN televiziyası özünün etibarlı mənbələrinə istinadən yayıb.

Televiziya həmçinin noyabr seçkisindən sonra ABŞ-a başqa fəaliyyət altında gələn Rusiya kəşfiyyatçılarının da sayının artdığını vurğulayıb.

Rusların daha çox ABŞ-ın keçən ilin dekabrında kəşfiyyat fəaliyyətində günahlandıraraq ölkədən qovduğu 35 diplomatın sıralarını doldurmağa çalışdığı bildirilib.