Rusiya hökuməti Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişənin gərginləşməsindən narahatdır.

Unikal.org  report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Frants Klintseviç deyib.

"Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Danışıqlar prosesinə heç bir alternativ yoxdur. Qarşılıqlı zərbələr heç nəyi həll etməyəcək, əksinə, problemi daha da dərinləşdirəcək. Ən başlıca vəzifə qısa müddətdə atəşkəsə nail olmaqdır", - deyə o qeyd edib.

Senator Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun işini fəallaşdırmağa çağırıb.