ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə G20 sammiti çərçivəsində görüşünün mükəmməl keçdiyini açıqlayıb.
 
Unikal.org apa-ya istinadən məlumatına görə, bu barədə "France-Presse Agentliyi məlumat yayıb.
 
Bildirilir ki, D.Tramp bu barədə Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşündə deyib.
 
Qeyd edək ki, iki ölkə liderinin Hamburqda keçirilən görüşü 2 saat yarım davam edib.
 
Rusiya prezidenti Vladimir Putin görüşdə kibertəhlükəsizlik, terrorla mübarizə, Suriya və Ukrayna böhranlarının müzakirə olunduğunu açıqlayıb.