Türkiyədə xəbər aparıcısı dostunu güllələyib.
Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Bəyoğlunda baş verib.
Flash TV-nin xəbər aparıcısı Gökhan Taşkın səhərə yaxın əyləncə məkanlarının birindən çıxarkən silahla dostunun topuğundan atəş açıb. Saxlanılan aparıcı ilkin ifadəsində "sərxoş idim, qəza oldu" deyib.
Daha sonra xəstəxanaya yerləşdirilən aparıcının dostu polisə ilkin ifadəsində Gökhandan şikayətçi olmadığını dilə gətirib.