İran İslam Respublikasının Ali Rəhbərinin Ərdəbil Vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Ayətullah Seyid Həsən Amili Ermənistanı kəskin tənqid edib.

Unikal.org xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində 2 yaşlı Zəhra Quliyevanın öldürülməsini vəhşilik adlandıran Həsən Amili Dağlıq Qarabağ bölgəsinin əzəli Azərbaycan torpağı olduğunu vurğulayıb.