Almaniyanın Hamburq şəhərində baş tutan G20 sammitindən sonra keçirilən mətbuat konfransı zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın jurnalistlərdən birinin sualına verdiyi cavab maraqla qarşılanıb.
Unikal.org xəbər verir ki, iraqlı jurnalist prezidentə "İraq Kürd Muxtariyyətinin referendum qərarını niyə dəstəkləmirsiniz? deyə sual verib.
Ərdoğan da bu suala özünməxsus şəkildə cavab verib:
"Belə anlayıram ki, sən İraqın bölünməsini istəyirsən. Biz İraqın bölünməsinə icazə vermərik. Əgər İraq bölünməyə başlayarsa, bir tərəfdən türkmanlar, digər tərəfdən ərəblər başlayar. Əgər İraq bütövlüyünü qoruyarsa, güclü ola bilər. Təkrar edirəm, biz İraqın parçalanmasını istəmirik.