Almaniyanın "Şpiqel qəzeti alman əsgərlərinin bu gün günortadan sonra Türkiyədən geri çəkilməyə başlayacağını yazıb.
Unikal.org xəbər verir ki, məlumatda həmçinin Almaniya Hava Qüvvələrinə aid texnikanın İncirlikdən İordaniyadakı hərbi bazaya aparılacağı da qeyd olunub.
Qeyd edək ki, Almaniya bundan öncə İncirlikdəki 260 hərbçisinin və "Tornado təyyarələrinin çıxarılması barədə qərar qəbul etmişdi.