Almaniyanın Hamburq şəhərində keçirilən etiraz aksiyalarında 265 nəfər saxlanılıb.

Unikal.org "Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Hamburq polisi məlumat yayıb.
Bildirilib ki, G-20 sammitinqə qarşı keçirilən aksiyalar zamanı 213 polis əməkdaşı xəsarət alıb, 265 nümayişçi saxlanılıb.

Etirazçılar molotov-kokteyli, dəmir dəyənəklər, taş və kəsici alətlərlə polis əməkdaşlarına hücum ediblər.

Aksiyaların bu gün də davam edəcəyi gözlənilir. İğtişaşlarda yaralanan etirazçıların sayı hələlik açıqlanmayıb.