Türk Şurasının Baş katibi Ramil Həsənov Krans Montana Forumunun mükafatına layiq görülüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Şuranın İstanbuldakı Baş qərargahından daxil olan məlumatda mükafatın Krans Montana Forumunun İspaniyanın Barcelona şəhərində keçirilən XXVIII toplantısından sonra verildiyi bildirilib.

Dünyanın önəmli dövlət adamlarına, siyasətçilərinə, diplomatlarına verilən qızıl medala Ramil Həsənov, Türk dilli ölkələr arasında əlaqələrin gücləndirilməsi və dünyada sülhün və əmin-amanlığın bərqərar olması üçün apardığı səmərəli işlərə görə verilib. Krans Montana qızıl medalına daha əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Makedoniya Respublikasının prezİdenti, İSESCO baş direktoru, CİCA icraçı direktoru və başqa şəxsiyyətlər layiq görülüblər.

Mükafat mərasimindən sonra Krans Montana Forumunun başqanı Quirine təşəkkür edən Ramil Həsənov, Türk Şurasının fəaliyyəti barədə başqana ətraflı məlumat verərək iki qurum arasındakı əlaqələrin gücləndirilməsinə tərəfdar olduqlarını vurğulayıb.