Gürcüstanın Müdafiə Nazirliyi ABŞ-dan əlavə silah almağı planlaşdırır.
Unikal.org "Qruziya-Online" portalına istinadən xəbər verir ki, söhbət Sovetdənqalma silahların mərhələli şəkildə NATO standartlarına uyğun olanlarla əvəzlənməsi prosesindən gedir.
Proses çərçivəsində "M240" pulemyotları və "M4" avtomat tüfəngləri əldə olunacaq. Silahlar ABŞ-ın illik yardım çərçivəsində Gürcüstana ayırdığı vəsaitlər hesabına alınacaq.