Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası "Ölüm asteroidi"nin Yerə yaxınlaşmasının təhlükə yaradıb-yaratmayacağına aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov trend-ə deyib ki, belə asteroidlər il ərzində 3-4 dəfə Yerin yaxınlığından keçirlər: "Bunlar xırda göy çisimləridir. Yerə düşsə, böyük təhlükə törədə bilərlər. Amma indi belə bir ehtimal yoxdur".
Belə asteroidlərin sürətinin böyük olduğunu qeyd edən X.Mikayılov bildirib ki, sabah asteroidin Yerin yanından keçərkən sürətinin saatda 74700 kilometr olacağı gözlənilir:
"Bu, o deməkdir ki, asteroid saniyədə 20 min km gedir. Bu, bütün göy çisimlərinin sürətinə yaxındır. Lakin bu asteroid Yerdən çox uzaq məsafədən keçir, onun heç Yerə yaxınlaşma ehtimalı yoxdur və Yer üçün təhlükəli deyil. Buna baxmayaraq, hər dəfə insanlar arasında təşviş yaradırlar".
X.Mikayılov qeyd edib ki, iyulun 11-də gecə kiçik teleskoplarla, eyni zamanda obyektivi çox böyük olan fotoaparatlarla asteroidin Yerə yaxınlaşmasını müşahidə etmək olar:
"Asteroid böyük sürətlə gəlib keçəcək. O, obyektivdə uzun, nazik xətt kimi görünəcək".