Yaponiyanın Kaqosima prefekturasında 5,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kaqosima körfəzində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur, sunami təhlükəsi elan edilməyib.