Moskva 30 amerikalı diplomatı Rusiyadan qova bilər.
Unikal.org xəbər verir ki, bu barədə informasiyanı "İzvestiya qəzeti yayıb. Moskvanın həmçinin ABŞ-ın Rusiyadakı diplomatik obyektlərinə də həbs qoya biləcəyi vurğulanıb.
Qeyd edək ki, keçən il ABŞ Rusiyanın 30-dan çox diplomatını kəşfiyyat fəaliyyətində günahlandıraraq ölkədən qovmuşdu.