Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ictimai media hesabında "Twitter" üzərindən təhqir etdiyi iddia edilən Hakan Şükür həbs olunması ilə bağlı məhkəmə qərar çıxardı.
Unikal.org xəbər verir ki, bu gün Türkiyədə məhkəmə prossesi keçirilib. Ərdoğanı təhqir etməkdə günahlandırılan keçmiş futbolçu Hakan Şükür iştirak etmədiyi üçün hakim qərarı ilə onun tutulub gətirilməsi tapşırığı verilib.
Qeyd edək ki, iclasda şikayətçi prezidenti Rəcəb Tayyib Ərdoğanı məhkəmədə vəkili Ferah Yıldız təmsil edib. Məhkəmədə şahid olaraq dinlənilən isə Bəkir Savran olub.