Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Edvard Nalbandyan Avstriyanın Mauerbax kommunasında görüş keçiriblər.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş Avstriyanın Mauerbax kommunasında ATƏT-in qeyri-rəsmi nazirlər görüşü çərçivəsində baş tutub.

Ehtimal ki, görüş zamanı Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə olunub.

Danışıqların bağlı qapılar arxasında keçirildiyi bildirilir.

Qeyd edək ki, bu gün Brüsseldə ATƏT-in Minsk qrupunun həməsdrlərinin təşəbbüsü və iştirakı ilə Ermənistan və Azərbaycan XİN başçıları Edvard Nalbandyan ilə Elmar Məmmədyarovun da görüşü planlaşdırılıb.