Türkiyədə 15 iyul hərbi çevrilişə cəhdlə bağlı çəkilən "Oyanış filminin rejissoru Ali Avcı saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə "Doğan xəbər agentliyi məlumat yayıb. Onun FETÖ istintaq çərçivəsində nəzarətə alındığı bildirib.
Qeyd edək ki, "Oyanış filminin ötən gün yayılan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı səhnələri cəmiyyətdə böyük etirazlara səbəb olub.
Filmdə Ərdoğanın başına silah dirənir, ailəsi isə öldürülür.