Rusiya vətəndaşları daxili pasportla Ermənistana səfər edə biləcəklər.

Unikal.org azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirdiyi brifinqdə deyib.

Zaxarova eyni zamanda qeyd edib ki, Rusiya vətəndaşları daxili pasportlarla Ermənistan ərazisinə yalnız Yerevanda və Gümrüdə yerləşən beynəlxalq hava limanlarından keçə bilərlər.