Ermənistanın Syunik vilayətində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin yüksək vəzifəli hərbçisi ölüb.

Unikal.org xəbər verir ki, bu barədə "News.am saytına İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 27 yaşlı hərbçinin meyiti Aqarak şəhərindəki mənzilində tapılıb.

İlkin məlumatlara görə, rus zabit infarktdan ölüb. Bildirilib ki, meyiti tapılan hərbçi "Karçevan zastavasının rəisi olub.