Türkiyə millisinin baş məşqçisi Fatih Terimlə kürəkənləri restoranlardan birinə basqın edib.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, onlar Yüzevlər adlı restoranın sahibini və 5 nəfər işçisini döyüblər. Üstəlik stol-stullar qırılıb, yumruq davası çıxıb. Yaralılar polisə şikayət ərizəsi yazıblar.
Dava isə "Yüzevlərlə qonşuluqda yerləşən "Beeves restoranının sahibi, Fatih Terimin kürəkəni Ahmet Baran Çetinin iki məkan arasına həsir sədd çəkməsindən sonra başlayıb. Bu səbəbdən bələdiyyəyə şikayət edilib və Çetin şikayətçinin "Yüzevlərin sahibi Selahattin Aydoğdu olduğunu düşünüb. Terim Aydoğdudan şikayət etməsinin səbəbini soruşduqda qarşı tərəf "Mən etməmişəm. Amma sizdən də qorxum yoxdur cavabını verib. Bu sözlərdən əsəbiləşən Terimlə kürəkənləri "Yüzevlerə hücum edib.
Aydoğdu tərəfindən polisə şikayət edildikdən sonra Fatih Terimin adamları ondan şikayətini geri çəkməsini tələb ediblər. Amma restoran sahibi geri addım atmaq niyyətində olmadığını bildirib.