Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən il 15 iyul hərbi çevriliş cəhdi gecəsi şəhid olan Ərkan Yiğitin əkiz qardaşı qazi Volkan Yiğiti özünün şəxsi cangüdəni təyin edib.
Unikal.org xəbər verir ki, bu barədə əkizlərin böyük qardaşı Hakan Yiğit Anadolu Agentliyinə müsahibəsində deyib.
"Şəhid Ərkan Yiğit və qazi qardaşı Volkan Yiğit satıcı idi. Yağan mərmilərin, tankların qarşısında dik durduq. Səhər təyyarədən atılan bomba avtomobilin üzərinə düşdü. Ərkan yaxınlıqda olduğu üçün şəhid olur. Volkan da həmin yerdə yaralanır. Prezidentimiz əkizlərdən birinə sahib çıxdı. Yanına cangüdən təyin etdi, - Yiğit bildirib.