Almaniya xarici işlər naziri Siqmar Qabriel bu gün keçirdiyi mətbuat konfransında Büyükadada nəzarətə alınan 6 almaniyalı fəalın həbs olunması qərarı haqda danışıb. Qabriel həbslərin "əvvəlcədən planlaşdırılmış" olduğunu iddia edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Qabriel həbs olunan Almaniya vətəndaşlarının Türkiyədə heç kimlə əlaqəsinin olmadığı söyləyib. O, Türkiyəni dialoqa çağırıb.

Almaniya xarici işlər naziri ölkəsində yaşayan Türkiyə vətəndaşlarının cəmiyyətin əhəmiyyətli bir parçası olduğunu qeyd edib. O, həbslərin Türkiyədəki "müxalif səsləri' susdurmaq cəhdi olduğunu, AB ölkələri ilə Türkiyənin hazırki vəziyyətini önümüzdəki həftə müzakirə edəcəklərini qeyd edib.