Küveyt hökuməti İran səfirinə ölkəni tərk etmək üçün 48 gün vaxt verib.
Unikal.org-un məlumatına görə, Tehranı ölkədəki terror qruplarına dəstək verməkdə ittiham edən Küveyt 15 İran diplomatını ərazisindən çıxarıb.
Eləcə də İranın bu ölkədəki mədəniyyət və hərbi attaşeliyinin, İranla hökumətlərarası komitələrin fəaliyyəti dayandırılıb.