Egey dənizində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində Yunanıstanda 2 nəfər ölüb, yaralananların sayı isə 120 nəfərə çatıb.

Unikal.org AzərTac"a istinadən xəbər verir ki, yüzlərlə turist gecəni çimərliklərdə keçirib.

Qeyd edək ki, zəlzələ Türkiyənin kurort şəhəri Bodrumda da hiss olunub. Türkiyədə insan ölümü qeydə alınmayıb.

Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 kilometr, Yunanıstanın Kos adasından isə 16,2 kilometr aralıda yerləşib.

ABŞ-ın Geoloji Mərkəzinin məlumatında isə zəlzələnin 6,7 bal gücündə olduğu bildirilib.