Fələstin Dövlətinin prezidenti Mahmud Abbas televiziya ilə xalqa müraciət edib.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, çıxışı zamanı M.Abbas İsrail hökuməti ilə bütün əlaqələrin dondurulduğunu bəyan edib.
Fələstin lideri həmçinin BMT Təhlükəsizlik Şurasını Şərqi Qüdsdə müqəddəs yerlərin müdafiəsinə yönələn addımlar atmağa çağırıb.
Bu gün Qüdsdə Məbəd dağında yeni təhlükəsizlik tədbirlərinə etiraz edənlərlə polis arasında baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb. Kütləvi iğtişaşlara "Əl-Əqsə" məsçidi yaxınlığında metal detektorlarının quraşdırılması səbəb olub.