Gəncədə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.
Unikal.org Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aynur Məmmədova və Sədaqət Quliyeva tutulublar.
Onlar iyulun 17-də rayon ərazisindəki evlərdən birindən 15 000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda təqsirləndirilirlər.