Türkiyənin Kahramanmaraş bölgəsində dəhşətli hadisə baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı T.E., imam nikahlı həyat yoldaşı O.K-yi tapançayla öldürüb.
Belə ki, 4 ay əvvəl bir-birinə qoşulub qaçan cütlük yola getmədi.
Hadisə, axşam saatlarında Afşin mahalında meydana gəlib. Təxminən 4 ay əvvəl dini nikahla evlənən 16 yaşındakı T.E. ilə Ö tez-tez münaqişə edirdilər. Buna görə də gənc qız həyat yoldaşından ayrılmaq istəyib.
Hadisə baş verən gün cütlük axşam saatlarında danışmaq üçün təkrar görüşdülər. Lakin söhbətləri də dava ilə nəticələndi. İddiaya görə T.E. silahla O.K.'yı vuraraq hadisə yerindən qaçdı.
Təcili xəstəxanaya çatdırılan 18 yaşlı ərin həyatını qurtarmaq mümkün olmadı. Polisin axtarışlarndan sonra 16 yaşlı gəlin həbs olundu.