"PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin ABŞ-ın tövsiyəsi ilə adının dəyişdirilərək Suriya Demokratik Gücləri qoymasının bizim üçün heç bir mənası yoxdur.
Unikal.org-un məlumatına görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
R. T. Ərdoğan bildirib, dost və NATO-da müttəfiq olan dövlətlər bir-birlərini aldatmamalıdır: "Türkiyə bir qəbilə dövləti deyil, bölgədə baş verənlərdən kifayət qədər məlumatlıyıq. Terror təşkilatının adını dəyişdirməsi onun mahiyyətini dəyişdirmir.