İsveçrənin şimalında Şaffhauzen şəhərində naməlum şəxs mişarla adamların üstünə hücum edib.

Unikal.org
xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində azı 5 nəfərin yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Hücum edən şəxsin hadisə yerindən yayındığı bildirilir. Onun şəxsiyyətinin müəyyən edilməsi və saxlanılması istiqamətində iş aparılır.