Daxili İşlər Nazirliyi Bakıda azyaşlı oğlanı zorlamağa cəhd edən manyak saxlanılıb.
Unikal.org xəbər verir ki, Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev "Qafqazinfoya açıqlamasında bildirib ki, hadisə iyulun 21-də axşam saatlarında Xətai rayonunda baş verib.
Rayonların birindən Bakıya işləməyə gələn şəxs 2009-cu il təvəllüdlü oğlana qarşı seksual xarakterli hərəkətlər edib.Hadisəni törədən şəxs Əlahiddə Çevik Polis Alayının və Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir. Hadisənin törədən şəxsin kimliyi istintaq sirri sayıldığı üçün açıqlanmır.