Küveytdəki səfirimiz hazırda öz vəzifəsini icra etməklə məşğuldur.
Unikal.org xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib.
Qasımi son dövrlərdə Küveytin qəbul etdiyi qərarların müsbət olmadığını bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın Küveytdəki səfirliyinə rəsmi nota verilib, hərbi və mədəniyyət məsələləri üzrə attaşelərin aparatlarının bağlanılması haqqında bildiriş göndərilib. Diplomatik missiyanın 15 üzvünə 45 gün ərzində ölkəni tərk etmək göstərişi verilib. Nəticədə bundan sonra İran səfirliyində 4 diplomat fəaliyyət göstərəcək.
Küveyt-İran hökumətlərarası komissiyasının fəaliyyəti də dayandırılıb. Bu addımlar Küveyt məhkəməsinin müvafiq qərarından sonra atılıb.
Bu arada Küveyt məhkəməsi "Əl-Əbdali qruplaşmasının üzvlərinə həbs cəzası verib. İstintaqın qənaətinə görə, qruplaşmanın üzvləri "Hizbullah təşkilatının himayəsi altında İranda təlimlər keçiblər.