Rusiyada şaxtada partlayış baş verib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə Kemerovo vilayətindəki "Anjerskaya Yujnaya şaxtasında baş verib.Məlumata görə, mədəndə metan qazı partlayıb. Hazırda dağıntılar altında qalan şaxtaçıların evakuasiyası həyata keçirilir.İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər itkin düşüb. 79 şaxtaçı özü şaxtadan çıxa bilib. Ölən və xəsarət alanlar barədə dəqiq məlumat verilmir.