Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin anasını baltalayaraq öldürməkdə təqsirləndirilən Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası keçirilib.
31 yaşlı S.Hacıəliyev yaşadığı Xaçmaz rayonunun Şimali kəndində sevgilisinin 47 yaşlı anası Gülnaz Sultanova ilə münasibətləri yaranıb. Onunla bir neçə dəfə cinsi əlaqədə olub. Bir gün Gülnazla içki məclisində mübahisələri düşüb və onu balta ilə vuraraq öldürüb.
S.Hacıəliyev məhkəmədə ifadə verərək deyib ki, G. Sultanov daim onu qısqanıb, arxasıyca düşüb: "Gülnazın qızını sevirdim, o da məni. Buna görə evlərinə gedib-gəlirdim. Amma anası aramızı vururdu. Sonra bildim ki, Gülnaz da məni sevib. Maşın tutub arxamca gəzirdi, dostlarımın yanında məni sevdiyini deyirdi. Onla görüşüb dedim ki, məndən əl çək. Dedi məni sevməsən qızımı öldürəcəm. Deyirdi ki, mənim olmalısan. Mən də dedim ki, mən qızam ya nəyəm sənin olum. Həmin görüşdə yeyib-içdik, məni söydü, baltayla bir dəfə vurub ordan çıxdım. Bu hadisədən bir neçə gün əvvəl Gülnazla cinsi əlaqədə olmuşdum, cəmi 2 dəfə əlaqədə olmuşam. Gülnazın qızı ilə son vaxtlar münasibətimiz pozulmuşdu. Mən Tatyana ilə tanış olmuşdum, Gülnaz da Tatyananı qısqanırdı.
G.Sultanovanın qızı, S.Hacıəliyevin keçmiş sevgilisi Reyhan Feyzullayeva deyib ki, sevgilisinin anası ilə münasibət olduğunu bilib: "Buna görə xəcalət çəkirdim. Maraqlandım, mənə dedilər ki, guya onların münasibəti olduğunu bilmirsən? Məni sevə-sevə anamla da əlaqədə olub. Samirə demişdim elçi göndər, göndərmirdi.
Məhkəmə prosesi avqustun 29-da davam etdiriləcək.