Stavropol vilayətində, MinVod-dan təxminən yeddi kilometr aralıda iri yük maşını aşıb.

Unikal.org Rusiya KİV-inə istinadən bildirir ki, yük maşını yolun ortasına düşüb və onun hərəkət hissəini qismən kəsib. Qəza nəticəsində sürücü ciddi zərər çəkməyib.

Çevrilmiş maşının dövlət nömrə nişanı Azərbaycana məxsusdur. Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin məlumatına görə, o, plastik yük daşıyırmış. Aşandan sonra maşının benzin bakından yola yanacaq tökülüb.

Qəza ilə bağlı "Qafqaz" federal yolunda hərəkət müvəqqəti məhdudlaşdırılıb.