ABŞ-ın Yuta ştatında yüngül mühərrikli təyyarə şoseyə düşüb.
Unikal.org xəbər verir ki, bu barədə "Breaking911" məlumat yayıb.
Ştat rəsmilərinin məlumatına görə, qəza nəticəsində ölənlər var, lakin onların sayı məlum deyil.
Hadisə Riverdeyl şəhəri ərazisində baş verib. Hazırda təyyarənin hara getdiyi, habelə göyərtəsində neçə nəfərin olduğu məlum deyil.
Hava gəmisi Riverdeyl-roud şosesinin şimal hissəsinə düşüb.