Türkiyənin Antalya əyalətinin Kemer rayonunda beşulduzlu mehmanxanada baş verən yanğınla əlaqədar 400 nəfər yerli və xarici turist təxliyə edilib.
Unikal.org Haberler.com-a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb olunub.
Məlumata görə, yanğın mehmanxananın mətbəx bölməsində meydana gəlib.
Yanğın zamanı 10-u Türkiyə, 4-ü Rusiya vətəndaşı olmaqla 14 nəfər xəsarət alıb. Onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Hadisənin səbəbi araşdırılır.
5 Yıldızlı Otelde Yangın Paniği! Tatili Zehir...by haberler