Gürcüstanın sabiq prezidenti, həmçinin Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Sakaşvili Ukrayna vətəndaşlığından ələduzluq yolu ilə məhrum edildiyini iddia edir.
Saakaşvili deyir ki, onu vətəndaşlıqdan çıxarılmasına əsas göstərilən sənədləri heç vaxt imzalamayıb.
"Məş şokdayam! İndicə həmin anketlərin kopyalarına baxdım. Bu sənədlərə əsasən prezident məni vətəndaşlıqdan məhrum edib. Mən bütün məsuliyyətimlə bildirirəm ki, o anketlərdəki mənim imzam deyil", - o vurğulayıb.
Saakaşvili təcili olaraq qrafik ekspertizanın təşkil edilməsini tələb edib.
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, Ukraynanın dövlət başçısı Pyotr Poroşenko tezliklə devriləcək. O, həmçinin Ukraynaya qayıdacağına söz verib.
"Poroşenko heç cürə məndən yaxa qurtara bilməyəcək, əksinə, onun hərəkəti bütün Ukrayna müxalifətini birləşdirdi-¦yeni tarixdə liderlərin öz rəqiblərini ölkədən qovmağa çalışdığı bir halda, rəqibin geri qayıtması və həmin lideri vəzifəsindən devirməsinə dair xeyli nümunə var. Ukraynada məhz belə olacaq-¦ Mənim gəlişim fonunda Poroşenkonun devrilməsi baş verəcək, biz Ukraynaya tamamilə yeni vəzifələrə qayıdacağıq", -” deyə o əlavə edib.
Hazırda Saakaşvili ABŞ-dadır. Çərşənbə günü Ukrayna prezidenti sabiq qubernatorun vətəndaşlıqdan məhrum edilməsinə dair fərman imzalayıb.
Saakaşvili, həmçinin bildirib ki, Poroşenko Gürcüstana dövlət səfəri zamanı gizli şəkildə əvvəllər baş nazir olmuş milyarder Bidzina İvanişvili ilə görüşüb. Sabiq prezidentin sözlərinə görə, onlar razılığa gəliblər ki, Kiyevə Saakaşviliyə qarşı cinayət ittihamlarını sübuta yetirəcək saxtalaşdırılmış məlumatlar veriləcək.