Bu gün Türkiyənin Bodrum bölgəsində səhər saatlarında zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, zəlzələnin 4,3 bal gücündə olduğu bildirilib.
Zəlzələnin yerin 7,15 km dəriinliyində baş verdiyi və Bodrum ətrafındakı şəhərlərdə də hiss edildiyi qeyd edilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.